Lempard Kanada millisinə rəhbərlik edə bilər
“Çelsi”nin sabiq çalışdırıcısı Frenk Lempard Kanada millisinin baş məşqçisi postuna namizədlər arasında yer alıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, Kanada Futbol Federasiyasının rəhbərliyi millinin Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatında özünü layiqli göstərə bilməsinə kömək edəcək mütəxəssis axtarır.
Hazırda Kanada millisinin müvəqqəti baş məşqçisi Mauro Biellodur.
Lempardın son iş yeri 2023-cü ilin aprelindən iyul ayına kimi çalışdığı “Çelsi” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin