Azərbaycan millisi beynəlxalq turnirdə ikinci yeri tutub
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Tailandda keçirilən beynəlxalq turnirdə ikinci yeri tutub.
Komanda.az xəbər verir ki, Dina Ulyanova, Tatyana Deniskina, Aleksandra Mellenhauer və Mersedes Uokerdən ibarət komanda yalnız finalda məğlub olub.
Yarışın ikinci günündə, qrup mərhələsinin son oyununda “Kratex Dream” (Filippin) klubuna 21:17 hesabı ilə qalib gələn milli 1/4 finalda yerli “Sriracha Eagle” komandasını (21:11), yarımfinalda Polşa “Lotto”sunu (17:16) üstələyib.
Yığma komanda həlledici görüşdə Almaniya təmsilçisi “Zus”a 15:17 hesabı ilə uduzub.
Azərbaycan millisi daha əvvəl qrupda üç oyun keçirib, bir qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin