“Barselona” portuqaliyalı üçün 30 milyon avro ödəməyə hazırdır
“Barselona” icarə əsasında komandada çıxış edən müdafiəçi Joao Kanselonu saxlamaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barsa” portuqaliyalı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır, lakin onun məxsus olduğu “Mançester Siti”nin 40-50 milyon tələb edəcəyi gözlənilir.
Kanselonun özü “Barselona”da qalmaq istəyir, amma MS rəhbərliyi heç bir endirim etmək niyyətində deyil.
Daha əvvəl bildirilirdi ki, “şəhərlilər” futbolçunun satışından maksimum pul qazanmaq üçün onu İngiltərə Premyer Liqası klublarına satmağa üstünlük verir. Kanselonun adı “Arsenal” və Səudiyyə Ərəbistanı klubları ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin