Yamal AÇ-2024 və Olimpiadada iştirak edəcək?
“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal AÇ-2024 və Olimpiadada mümkün iştirakını şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu belə deyib:
“Hər iki turnirə getmək məntiqsiz olardı, çünki başladığımdan bəri çox oynamaqla özümü çox yükləməməyə çalışmışam. Amma təbii ki, lazım gəlsə, gedəcəm. Nəticədə, sən İspaniya millisində oynayırsan. Bu, bir arzudur”.
16 yaşlı yarımmüdafiəçi ötən ilin sentyabrında İspaniya millisində debüt edib. O, yığmanın heyətində 6 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin