“Barselona”nın futbolçusu cərimələndi – 2,3 milyon dollar!
İspaniya Milli Məhkəməsi “Barselona”nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məhkəmə, 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Qərara əsasən, ispan futbolçu 2,3 milyon dollar məbləğində cərimələnib.
Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes, Dieqo Kosta və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.
Bizi Facebook-da izləyin