Baş məşqçi azarkeşlər tərəfindən döyüldü

Polşanın “Zaqlebye” komandasının belaruslu baş məşqçisi Aleksandr Xatskeviç futbol azarkeşləri tərəfindən döyülüb.

Komanda.az “meczyki.pl”-ə istinadən xəbər verir ki, aprelin 3-də bir qrup futbol azarkeşi komandanın məşqinə soxulub. Fanatlar oyunçularla danışmaq istəyib, amma sonda hücum olub. Nəticədə, Xatskeviçə sifət nahiyəsindən zərbə endirilib və ona bir neçə təpik vurulub.

Klub bu məlumatı təsdiqləsə də, hələlik rəsmi açıqlama verməyib. Xatskeviç böyük ehtimalla, “Zaqlebye”nin baş məşqçi postunu tərk edəcək.

Son turda “Zaqlebye” “Katovitse”yə böyük hesabla uduzub (0:4) və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

50 yaşlı Xatskeviç 2024-cü ilin yanvarından “Zaqlebye”yə rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button