Agenti “Qarabağ”ın sabiq futbolçusu haqda: “Keçmiş baş məşqçisinə qarşı kini yoxdur”
“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin nümayəndəsi Helsio Alisk onun komandanın sabiq baş məşqçisi Vladimir İviçə qarşı kininin olmadığını bildirib.
Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, futbolçunun agenti, başqa oyunçular kimi Kadinin də “Krasnodar”ın çempion olmasını istədiyini deyib:
“Kadinin keçmiş baş məşqçisinə qarşı kin-küdurəti yoxdur. Bəli, o, az oynadı, amma həmişə meydana böyük həvəslə daxil olub. Hamı “Krasnodar”ın çempion olmasını istəyir. Kadi hazırdır”.
Kadi Borges Rusiya klubuna “Qarabağ”dan keçib. O, 2021-23-cü illərdə Azərbaycan çempionunun formasını geyinib.
“Krasnodar”ın hazırkı baş məşqçisi bir müddət əvvəl “Sabah”dan ayrılan Murad Musayevdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin