“Şübhəsiz ki, Mourinyo işlədiyim ən yaxşı məşqçidir” – Materatsi
“İnter”in sabiq müdafiəçisi Marko Materatsi portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə işləməkdən danışıb.
Komanda.az “The Times”-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Şübhəsiz ki, Mourinyo işlədiyim ən yaxşı məşqçidir. Mən vacib olmağa, kapitan olmağa öyrəşmişəm. Mourinyo gələndə komanda üçün əhəmiyyətimi itirməyə başladım. Amma ilk andan mənə qarşı dürüst idi. Çempionlar Liqasını qazandıqdan sonra ağladıq. Mən Mourinyodan niyə getdiyini soruşdum. Əminəm ki, o, qalsaydı, daha çox kubok qazanardıq. Lakin o vaxta qədər o, artıq “Real”a keçmək qərarına gəlmişdi”.
Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Portuqaliyalı mütəxəssis 2021-ci ildən Roma komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib, 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.
61 yaşlı məşqçi bundan əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leiriya” və “Benfika”nı da çalışdırıb.
Bizi Facebook-da izləyin