“Karyeramda səhvlər etdim, amma…” – Nəsri
İngiltərənin “Vest Hem” klubu ilə yollarını ayırdıqdan sonra “Anderlext”ə transfer olunan Samir Nəsri açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Belçika təmsilçisi ilə 1+1 illik müqavilə bağlayan 32 yaşlı futbolçu, pulun onun üçün vacib olmadığını deyib:
“Karyerama Avropada davam etmək istəyirdim. “Anderlext”in layihəsi məni motivasiya etdi. Pul mənim üçün çox vacib deyil.
Karyeramda səhvlər etdim, amma yaxşı xasiyyətim var. İnternetdə haqqımda çox şey var, buna baxmayaraq, futbolla yaxından maraqlanan insanlar əsl Samir Nəsrini tanıyırlar. Bu klubda çempion olmaq və Çempionlar Liqasında uğurlu mövsüm keçirmək istəyirəm”.
Nəsri karyerası ərzində “Marsel”, “Arsenal”, “Mançester Siti”, “Olimpiakos”, “Antalyaspor” kimi klublarda çıxış edib.
Bizi Facebook-da izləyin