Azərbaycanlı hakim Avropa çempionatının oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Monteneqro və Andorra komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.
Lütfəliyevaya Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını maltalı Yoanna Vassallo yerinə yetirəcək.
C Liqasının 3-cü qrupunun oyunu aprelin 5-də Monteneqronun paytaxtı Podqoritsada, Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin