Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına gedə bilər
“Barselona”da icarə əsasında çıxış edən “Mançester Siti”nin müdafiəçisi Joao Kanselo yayda “Əl-Hilal”a keçə bilər.
Komanda.az “diario sport”-a istinadən xəbər verir ki, “Barselona” 29 yaşlı portuqaliyalı futbolçunun icarə müddətini uzatmağa hazırdır.
“Mançester Siti” isə öz növbəsində yay transfer pəncərəsində futbolçunu satmağa hazırlaşır.
Kanselo bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin