Gürcüstanda daha 2 medal
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
Komanda.az xəbər verir ki, sonuncu gündə 2 çəki dərəcəsində 4 cüdoçumuz tatamiyə çıxıb.
Kişilər arasında -90 kq. çəkidə Elcan Hacıyev və Vüqar Talıbov, +100 kq. çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov güclərini sınayıb.
Yalnız finalda rəqiblərinə uduzan Elcan Hacıyevlə Uşanqi Kokauri bu turnirdə gümüş medal əldə ediblər.
Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) də üçüncü yeri tutmuşdular.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin