“Milan” yeni qapıçı axtarışına başlayıb
“Milan” klubu yeni qapıçı axtarışına başlayıb. Çünki hazırkı qapıçı Mayk Menyan yeni müqaviləyə əsasən klubdan çox yüksək maaş tələb edib.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, fransalı qapıçının “Milan”dan 5 milyon avro maaş gözlədiyi bildirilir.
28 yaşlı futbolçu hazırda 2,8 milyon avro maaş alır. Bununla belə, Menyan yeni müqavilə ilə 5 milyon avro maaş gözləyir. Fransalı futbolçunun nümayəndələri də onun mövsüm başına 8 milyon avro maaş tələb etmək hüququna malik olduğuna inanırlar.
Menyan bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, bunların 14-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin