Azərbaycan cüdoçularından “Böyük Dəbilqə”nin ilk günündə 2 medal

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ilk yarış günü geridə qalıb.

Komanda.az xəbər verir ki, ilk gündə Azərbaycan cüdoçuları iki medal qazanıblar.

-60 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Balabəy Ağayev bürünc medala sahib olub. Balabəy üçüncü yer uğrunda mübarizədə Gürcüstan təmsilçisi Qiorqi Sardalaşviliyə qalib gəlib.

Ruslan Paşayev də qonşu ölkədən bürünc medalla qayıdacaq. -66 kq. çəkidə mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda mübarizədə italiyalı idmançı Matteo Pirası məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button