“Milan”ın futbolçusu millidən ayrıldı – Zədəyə görə

“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser zədə səbəbindən Əlcəzair millisinin düşərgəsindən ayrılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun adduktor əzələlərində ağrı hiss etdiyi bildirilir.

Bennaser tezliklə müalicə üçün İtaliyaya qayıdacaq.

Bennaser bu mövsüm bütün yarışlarda 15 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button