“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarılıb

FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Azərbaycan millisi martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button