La Liqa klubu baş məşqçini istefaya göndərdi

İspaniyanın “Qranada” klubu baş məşqçisi Aleksandr Medina ilə müqaviləyə xitam verdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub Medinaya göstərdiyi fədakarlığa görə təşəkkür edib, ona və onun məşqçilər heyətinə peşəkar gələcəklərində uğurlar arzulayıb.

Medina 2023-cü ilin noyabrından “Qranada”ya rəhbərlik edirdi. Bu, onun Avropada ilk iş təcrübəsi idi. O, əvvəllər Uruqvay, Argentina və Braziliya klublarında çalışıb.

“Qranada” 28 matçda topladığı 14 xalla La Liqada sonuncu pillədə (20) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button