“Beşiktaş”ın hədəfi – Qurban Qurbanov!

“Beşiktaş” indiki durumundan çıxış yolunu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi postuna dəvət etməkdə görür.

Komanda.az “Fotospor”-a istinadən xəbər verir ki, bu təklifi İstanbul klubunun idman direktoru Samet Aybaba irəli sürüb.

Klub rəsmisi hesab edir ki, Fernando Santosdan sonra bu postu ağdamlıların 52 yaşlı baş məşqçisi tutmalıdır. “Beşiktaş” “Qarabağ”dan Juninyo və Abdullah Zubirlə də maraqlanır.

İstanbul komandası Super Liqanın 30-cu turundan sonra lider “Qalatasaray”dan 35 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button