“Oyunçularımda xarakter gördüm” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri səfər matçından sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəməşəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyuunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdə idik. Oyunçularımda xarakter gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm.
Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı hazırlaşmalıyıq. Milliyə gedən oyunçular istərahət edə bilməyəcək. Digərlərinə istirahət verəcəyik. İnanmıram ki, hansısa çətinlik olsun. Öz oyunumuzun üzərində çalışaçacağıq.
Milli fasilə zamanı komandaya 4 gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama oyunu keçirək. Bakıda olacağıq.
Mateus Silva mərkəz müdafiəçisi kimi normal təsir bağışlayır. Amma mövqe səhvləri çoxdur. Üstün cəhətləri də var. Birə-bir mübarizələrdə sürətindən yaxşı istifadə edir. Oynadıqca özünü daha yaxşı hiss edəcək.
Futbolçulara təkliflərin olması normaldır. Bu, gözləniləndir. Biz də istəyirik ki, komandanı qoruyub-saxlayaq. Mənim bildiyim qədərilə hələ ki, heç kimə rəsmi təklif yoxdur. Biz transfer bazarına girməliyik ki, Azərbaycan futboluna maraq böyük olsun”.
Bizi Facebook-da izləyin