La Liqa matçında “Vinisius ölsün” şüarları
La Liqanın 29-cu turunda “Real”la oyunda (2:4) “Osasuna” azarkeşlərinin hayqırtıları İspaniya televiziyası ilə yayımlanıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Osasuna” azarkeşləri “Vinisius ölsün” şüarları səsləndiriblər. Bu vaxt “Real”ın braziliyalı hücumçusu barmağını qulağına qoyub və tribunaların yanından qaçıb.
Vinisius Junior bu qarşılaşmada iki qol vurub.
İspaniya çempionatının 29 turundan sonra “Real” 72 xalla birinci yerdədir. “Osasuna” 36 xalla 11-cidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin