“Belə matçlarda mütləq qalib gəlməliyik”
Premyer Liqanın 27-ci turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.
Komanda.az sizi gürcü mütəxəssisin fikirləri ilə tanış edir:
“Oyuna pis başladıq, top itkiləri çox idi. İlk yarıda ümumiyyətlə ötürmə səhvləri çox oldu. İlk 10 dəqiqədə əsəbilik də hiss edilirdi. Sonradan oyunumuzu qaydasına sala bildik, hücumda kombinasiyalı oynadıq. Amma qol buraxdıq. İkinci hissədə oyunumuz alınmağa başladı. Rəqib azlıqda qalandan sonra üstünlüyə yiyələndik. Çoxsaylı imkanlar yaratsaq da, istifadə edə bilmədik. Belə matçlarda mütləq qalib gəlməliyik. Sonuncu yerdə olduğumuz üçün futbolçularda əsəbilik var, təzyiq böyükdür. Amma texniki ustalıq üzərində çox çalışmalıyıq. 5-7 metrdən topu vurmamaq çox pisdir. Oyunun məzmunu, hərəkətlilik baxımdan iradım yoxdur. Hücumların sonluğu alınmır. 5-6 qol imkanımız oldu. Yüzfaizlik epizodlarda qol vura bilmirik”.
Bizi Facebook-da izləyin