“Napoli” gürcü futbolçunun maaşını artırmaq, müqaviləsini uzatmaq istəyir
“Napoli” yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub gürcü futbolçuya 2029-cu ilin yayına qədər olan müqavilə təklif etməyə hazırdır. Onlar həmçinin, oyunçunun maaşını ildə 4 milyon avroya və 1 milyon avro məbləğində bonuslara qədər artırmağa hazırdırlar.
23 yaşlı yarımmüdafiəçi bu mövsüm 37 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Kvaratsxeliyanın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin