“Çempionlar Liqasından kənarlaşmağımız məyusedici oldu” – “Milan”ın hücumçusu

“Milan”ın hücumçusu Rafael Leao 1/8 final mərhələsinin cavab oyununda “Slaviya”nı məğlub etdikdən sonra (3:1) komandasının Avropa Liqasındakı hədəfi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Milan TV”-yə istinadən xəbər verir ki, poruqaliyalı forvard Çempionlar Liqasından kənarda qalmalarının məyusedici olduğunu bildirib:

“Avropa Liqasında irəliləmək və bunu özümüz və azarkeşlərimiz üçün qazanmağa çalışmaq istəyirik. Çempionlar Liqasından kənarlaşmağımız məyusedici oldu. Lakin biz bilirik ki, bu bizim anımızdır və hamımız bu səyahəti Avropa Liqasında davam etdirməyə can atırıq”.

“Milan” ümumi hesabda (4:2, 3:1) qalib gələrək Avropa Liqasının 1/4 finalına yüksəlib. Turnirin 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab görüşləri isə həmin ayın 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button