İtaliya klubunda yeni baş məşqçi

“Leççe”nin yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Luka Qotti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qotti baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Daversanı əvəz edib.

“Leççe” A Seriyasının cari mövsümündə topladığı 25 xalla 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button