ÇL: “Biz əla iş görmüşük”

“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “İnter”i məğlub etdikdən sonra emosiyalarını bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, fransalı forvard əla oyun keçirdiklərini, qapıçı Yan Oblakın istedadını nümayiş etdirdiyini söyləyib:

“Biz əla iş görmüşük. Qarşılaşmada çoxlu epizodlar oldu və onların həlledici rol oynayacağını bilirdik. Əla oyun keçirdik. Daha sonra Oblak istedadını nümayiş etdirdi və penaltilər seriyasında qələbə qazanmağımıza kömək etdi. Bu, futboldur, bu, “Atletiko”dur”.

“Atletiko”  penaltilər seriyasında daha güclü olub (2:1, 3:2). Qapıçı Yan Oblak iki zərbəni dəf edib.

“Atletiko” Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Püşkatma martın 15-də keçiriləcək. Bu mərhələnin ilk oyunları aprelin 9-10-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button