Millinin təlim-məşq toplanışı üçün heyəti açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.

Komanda.az xəbər verir ki, millimiz martın 25-dən 31-dək Bakıda hazırlıq keçəcək, aprelin 1-də isə seçmə mərhələyə yollanacaq.

Azərbaycan millisinin turnirdə keçirəcəyi oyunların təqvimini və toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

6 aprel
Bolqarıstan – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00

9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00

  1. Mehriban Şahməmmədova – Neftçi
  2. Güləsər İsmailova – Araz-Naxçıvan
  3. Aydan Əkbərova – Baku Juniors
  4. Aysel Ziyadova – Qəbələ
  5. Aytac Mirzəyeva – Neftçi
  6. Fatimeyi Zəhra Huseynli – WFC Vera (Gürcüstan)
  7. Səma Həsənli – Qəbələ
  8. Müjgan Seyidova – Neftçi
  9. Fatimə Əhmədova – Baku Juniors
  10. Aydan Həsənova – Neftçi
  11. Buse Nur Kocabey – Asya Spor (Türkiyə)
  12. Röya Əliyeva – Baku Juniors
  13. Mələk Hacıyeva – Baku Juniors
  14. Şəkər Piriyeva – Araz-Naxçıvan
  15. Aysu Murtuzayeva – Neftçi
  16. İntizar Haqverdiyeva – Baku Juniors
  17. Lalə Abbaszadə – Neftçi
  18. Nailə Əliyeva – Baku Juniors
  19. Fidan Abışova – Baku Juniors
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button