“Qarabağ”da maaş problemi yox idi” – Kintana
“Qarabağ”ın sabiq futbolçusu Dani Kintana İspaniya mətbuatına müsahibə verib.
Komanda.az “Canarias 7”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Qarabağ”ın çox yaxşı klub olduğunu bildirib:
“Qarabağ”ın bütün üzvlərinə çox minnətdaram. Onlara təşəkkürüm sonsuzdur. “Qarabağ” çox yaxşı klubdur. Orada hər oyuna görə bütün bonusları almışam, maaş problemi yox idi. Çünki onlar müasirdi və imkanları inanılmazdı”.
Dani Kintana 2015/20-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 148 rəsmi matçda 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin