Azərbaycan boksçusu 1/8 finalda

Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən 1-ci Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

Komanda.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.

Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.

Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.

Bu gün Azərbaycanın daha 4 boksçusu qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) döyüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button