Xavi: “Biz lazımi səviyyədə deyilik”
“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatının 27-ci turunun “Atletik”lə oyununu (0:0) şərh edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bu oyunu “əldən verilmiş fürsət” olaraq dəyərləndirib:
“Düşünmürəm ki, çox yaxşı oyun keçirdik. Məncə, “Barselona” yaxşı hücuma keçmədi. Bu gün irəliyə doğru addım atmaq lazım idi. Ən yaxşı performansımızı göstərmədiyimiz üçün oyundan kədərli ayrılırıq. Oyun bizdən daha çox şey tələb edirdi. Bu, əldən verilmiş fürsətdir. Düşünürəm ki, komanda daha çox şey edə bilərdi. Hər mənada əldən verilmiş fürsətlər: oyunda, hisslərdə, geriliyi azaltmaqda. Biz uğursuz olduq. Biz lazımi səviyyədə deyilik”.
“Barselona” İspaniya çempionatının turnir cədvəlində 58 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik” isə 50 xalla 5-ci yerdədir.
Bizi Facebook-da izləyin