“Roma”nın Dibala ilə bağlı niyyəti
“Roma” hücumçusu Paulo Dibala ilə müqaviləni uzatmaq niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Roma klubunun rəhbərliyi futbolçunun cari mövsümdəki çıxışından razıdır. Yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə ola bilər.
Argentinalı forvardın klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
30 yaşlı hücumçu bu mövsüm A Seriyasında 19 oyun keçirib, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin