Azərbaycanlı hakimlər Avropa çempionatının oyunlarını idarə edəcəklər

Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva və FIFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.

Onlar ilk olaraq martın 11-də keçiriləcək qarşılaşmada iş başında olacaqlar.

11 mart

14:30. Belarus – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro).
Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro).
“Topoplica Stadion” stadionu.

14 mart

17:00. Monteneqro – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya).
Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya).
“Mitar Mićo Goliš” stadionu

17 mart

17:00. Monteneqro – Belarus
Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
“Gradski Stadion Podgorica” stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button