“VAR-ın gəlişi ilə hər şey çirkaba batdı” – “Real”ın futbolçusu
“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes VAR sistemini tənqid edib.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi VAR-ın futbolu çirkləndirdiyini bildirib:
“VAR-ın gəlişi ilə mübahisələrin bitəcəyini düşünürdük, amma bunlar daha da çoxalıb. İspaniya futbolunda hakimlər yüksək səviyyəlidir. Lakin VAR-ın gəlişi ilə hər şey çirkaba batdı”.
Vaskes “Real”la 4 dəfə Çempionlar Liqası və İspaniya superkubokunu, 3 dəfə Klublararası dünya kubokunu, UEFA superkubokunu və La Liqanı, bir dəfə isə İspaniya kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin