“Çelsi” Poçettinoya şans verəcək

“Çelsi” hələ baş məşqçi Maurisio Poçettino ilə ayrılmaq niyyətində deyil.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, hazırda “zadəganlar”ın rəhbərliyi argentinalı mütəxəssisi qovmaq fikrində deyil. Lakin komandanın nəticələri pisləşərsə, bu, dəyişə bilər. Belə olan halda, İngiltərə klubu “Sportinq”in baş məşqçisi Ruben Amorimə müraciət etməyə hazır olacaq.

Poçettino 2023-cü il iyulun 1-dən “Çelsi”yə rəhbərlik edir. 51 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 35 oyun keçirib, 17 qələbə qazanıb, 12 məğlubiyyət alıb və 6 dəfə heç-heçə edib.

“Çelsi” Premyer Liqada 25 oyundan 35 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button