La Liqada fevralın ən yaxşı məşqçisi bəlli oldu
La Liqada fevralın ən yaxşı məşqçisi müəyyənləşib.
Komanda.az turnirin saytına istinadən xəbər verir ki, “Atletik”in çalışdırıcısı Ernesto Valverde bu ayın ən yaxşısı seçilib.
O, səsvermədə Xavi (“Barselona”) və Kiki Floresi (“Sevilya”) qabaqlayıb.
Fevralda “Atletik” “Malyorka”ya və “Jirona”ya qalib gəlib, “Almeriya” ilə heç-heçə edib, “Betis”ə məğlub olub. Sözügedən komanda 26 oyundan sonra 49 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin