“Real”ın futbolçusu rəsmən “Sevilya”da

“Real”ın müdafiəçisi Serxio Reqilyon klubunu dəyişib.

Komanda.az xəbər verir ki, gənc futbolçu yeni mövsümdən “Sevilya”da çıxış edəcək. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

“Sevilya” 22 yaşlı cinah oyunçusunu 1 il müddətinə icarəyə götürüb. Onun keçidində “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi vasitəçilik edib. Çünki Reqilyonu “Real”da əvəzedici heyətdən əsas komandaya ötən mövsüm məhz Lopeteqi cəlb etmişdi.

Serxio Reqilyon ötən mövsüm La Liqada 14 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button