“Belə görüşlərdə uduzmaq məşqçiyə pis təsir edir” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-ci dəqiqədə oyundan düşdük və məğlub olduq. Bu məğlubiyyəti yaddan çıxarmalı, toparlanıb, qarşıdakı oyunlara koklənməliyik.
Ləğv edilən penaltı epizoduna gəldikdə, son oyunlarda daha çox əleyhimizə qərarlar verilir, halbuki orada ofsayd yox idi. Birinci hissədə epizodlarımız oldu, xüsusilə Orxan Əliyev imkanı dəyərləndirsəydi, oyunun axarı dəyişə bilərdi.
Belə görüşlərdə uduzmaq məşqçiyə pis təsir edir. Birinci hissədə istədiyimiz kimi oynayırdıq, qol epizodları yaradırdıq. Təəssüf… Hər üç qol epizodunu rəqibə demək olar, özümüz verdik. “Zirə” bizə çətinlik yaratmadı, amma səhvlərimizdən istifadə etdi”.
Bizi Facebook-da izləyin