ÇL: “Növbəti mərhələyə çıxmaq üçün buradayıq”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/8 finalında PSV ilə oyundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasının Çempionlar Liqasının növbəti mərhələsinə çıxmaq üçün uğur qazanmalı olduğunu söyləyib:

“PSV-yə böyük hörmətimiz var. Onlar çox sürətli, güclü komandadır və çoxlu şans yaradırlar. Bütün bunlara sahib olmaq üçün yaxşı plan, yaxşı oyunçular və özünə inam lazımdır və onların hamısı var. Mən əslində optimistəm. Uğurlu olmaq üçün bizə həm topa sahib olmaq, həm də əks-hücum futbolu lazımdır. Ən yaxşı 16 komanda arasında olmaq xoşdur, amma burada bir səbəbə görəyik. Biz növbəti mərhələyə çıxmaq üçün buradayıq və uğur qazanmalıyıq”.

PSV – “Borussiya” matçı fevralın 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button