“Bu, istədiyimiz nəticə deyil” – “Braqa”nın baş məşqçisi

“Braqa”nın baş məşqçisi Artur Jorje “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu məğlubiyyətdən sonra komanda olaraq bir araya gəlməli olduqlarını bildirib:

“Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Bizim üçün çox ağır məğlubiyyətdir. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür”.

Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb:

“Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik”.

Cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button