“Latsio” “Bayern”ə, PSJ “Real Sosyedad”a qalib gəldi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Latsio” “Bayern”i qəbul edib. Münhen təmsilçisi səfərdə minimal hesabla məğlub olub.

PSJ isə doğma azarkeşləri önündə “Real Sosyedad”ı sınağa çəkib və inamlı qələbəyə sevinib.

Bu cütlərdə cavab matçları martın 5-də reallaşacaq.

Daha öncə “Mançester Siti” (İngiltərə) Danimarkada “Kopenhagen”ə 3:1, “Real” (İspaniya) isə Almaniyada “Leypsiq”ə 1:0 hesabı ilə qalib gəlmişdi.

Çempionlar Liqası
1/8 finalın ilk oyunları

14 fevral

“Latsio” (İtaliya) – “Bayern” (Almaniya) 1:0
Qol: İmmobile, 69-pen.
Baş hakim: Fransua Leteksye (Fransa).
Roma, “Stadio Olimpiko”.

PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:0
Qollar: Mbappe, 58. Barkola, 71.
Baş hakim: Marko Quida (İtaliya).
Paris, “Park de Prens”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button