ÇL: “Çətin matç oldu”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Kopenhagen” üzərində qələbədən (3:1) danışıb.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu böyük hesabla qalib gəlməli olduqlarını bildirib:
“Çətin matç oldu. Biz burada bir neçə dəfə oynamışıq və atmosfer əladır. “Kopenhagen” əlindən gələni etməyə çalışacaq. Onlar əla qrup mərhələsi keçirdilər, ona görə də onlara hörmət etməliyik.
Oyuna çox yaxşı başladıq, amma sonra səhv etdik və onlar bundan yararlandılar. Amma düşünürəm ki, biz çox yaxşı oyun göstərdik və ikinci hissədə daha çox qol vura bilərdik. Xoşbəxtlikdən, sonda yenə də üçüncü qolu vura bildik və yaxşı üstünlüyü əldə etdik”.
Komandalar arasında cavab matçı martın 7-də, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin