Azərbaycan sablyaçıları İspaniya ilə bacarmadılar
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Perunun paytaxtı Lima şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Sevil Bünyatovadan ibarət yığmamız komanda yarışında İspaniya millisinə 38:45 hesabı ilə uduzub.
Şəxsi yarışda Anna Başta ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Yaponiya təmsilçisi Emura Misakiyə 8:15 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin