“Atletiko”nun hücumçusu sıradan çıxıb
“Atletiko”nun hücumçusu Alvaro Morata zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən verir ki, 31 yaşlı forvard La Liqanın 24-cü turunun “Sevilya” ilə matçında (0:1) sıradan çıxıb.
Dizindən xəsarət alan İspaniya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Morata bu mövsüm “Atletiko”nun heyətində meydana çıxdığı 33 matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin