“Bu, bəxt məsələsi deyil” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının İspaniya çempionatının 24-cü turunun “Sevilya” ilə oyununda məğlubiyyətini (0:1) şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, matçın ikinci hissəsinin birinci hissə ilə müqayisədə daha yaxşı keçdiyini deyib:
“Bu, bəxt məsələsi deyil, kifayət qədər dincəlmədiyimiz üçün yaxşı çıxış edə bilmədik. Ancaq ikinci hissədə oyunumuzu yaxşılaşdırdıq. Oyuna yaxşı girə bilmədik, xüsusi bir şey olmadı. Qol vurdular ki, bu da onlara oyunu özlərinə uyğun şəkildə davam etdirmək imkanı verdi. Birinci hissədə iki-üç təhlükəli əks-hücum etdilər, lakin ikinci hissədə vəziyyəti düzəltdik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin