“2024-cü ildə ən yaxşı oyunumuzu oynadıq”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Bundesliqanın 21-ci turunun matçında “Frayburq” üzərində qələbəni (3:0) şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyuna əvvəldən nəzarət etdiklərini bildirib:

“Bu gün biz 2024-cü ildə ən yaxşı oyunumuzu oynadıq. Oyuna əvvəldən nəzarət edirdik. İlk hissədə uzun fasilə olduğundan, ritmi qorumaq asan olmadı.

Yaxşı müdafiə olunduq. Topla oynaya bilmədiyimiz bir epizod istisna olmaqla, çox intizamlı oynadıq”.

İlk hissədə azarkeşlərin meydançaya su butulkaları və tennis topları atması səbəbindən oyun dayandırılıb.

“Borussiya” 40 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Frayburq” 28 xalla 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button