İtaliya klubları “Qalatasaray”la danışıqlara başlayıb – Türkiyəli futbolçu üçün

“Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, türkiyəli hücumçu “Latsio” və “Atalanta”nın transfer siyahısındadır. 

Hazırda 23 yaşlı futbolçu üçün hər iki klub “Qalatasaray”la danışıqlara start verib.

Barışın İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, bu mövsüm 23 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button