“Arsenal”da yaponiyalı futbolçu ilə bağlı qərar verilib
“Arsenal” futbolçusu Takehiro Tomiyasu ilə müqaviləsini uzatmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi 25 yaşlı müdafiəçi ilə razılıq əldə edib. Tərəflər arasında yeni sözləşmə üç illik olacaq. Hazırkı müqavilə isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Yaxında klubun yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.
Yaponiyalı futbolçu bu mövsüm “Arsenal”ın heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin