Azərbaycanın daha bir cüdoçusu Parisdə gümüş medal qazandı
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.
Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub.
Sonuncu yarış günündə mübarizəyə qoşulan Vüqar Talıbov (90 kq) və Uşanqi Kokauri (+100 kq) mükafat əldə edə bilməyib.
Daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin