Neqredo klubsuz qaldı

İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo “Kadis”dən ayrılıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Neqredo 2020-ci ildən La Liqa təmsilçisində oynayırdı. O, bu mövsüm 9 oyuna çıxıb, qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button