“Bayern” ispaniyalı futbolçunun transferini tamamlayıb
“Bayern” “Qranada”dan Brayan Saraqosanı heyətinə qatıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Münhen təmsilçisi ötən ilin payızında futbolçunun hüquqlarını alıb, lakin o, mövsüm bitdikdən sonra, yalnız yayda Bundesliqa klubuna keçməli idi.
İndi “Bayern” rəhbərliyi qərarını yenidən nəzərdən keçirib və 22 yaşlı ispaniyalını artıq heyətinə qatıb.
Saraqosa “Qranada”nın yetirməsidir və 2020/2021 mövsümünü “El Ehido”da icarə əsasında keçirib. O, ötən il İspaniya millisində debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin