“Mançester Siti”nin futbolçusu “Nyukasl”a keçib – Rəsmi
“Mançester Siti”nin futbolçusu Alfie Harrison “Nyukasl”a keçib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
İngiltərənin U-21 millisinin üzvü 2018-ci ildən “Mançester Siti”nin futbolçusudur. O, buna qədər “Middlsbro”, “Lids” və “Everton”da icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin